Rusiya “Snapchat” mesajlaşma tətbiqinin bloklanmasını rəsmi olaraq təsdiqləyib.
Qaziler.az xəbər verir ki, bu barədə Roskomnadzor (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Xidməti) RT-yə bildirib.
Agentliyin məlumatına görə, hüquq-mühafizə orqanları xidmətin ölkədə terror fəaliyyətlərinin təşkili üçün istifadə edildiyini müəyyən edib.
Bundan əlavə, Roskomnadzor platformanın terrorçuları cəlb etmək, eləcə də fırıldaqçılıq və digər cinayətlər törətmək üçün istifadə edildiyini düşünür.
Dekabrın 4-də Roskomnadzor “Apple” cihazlarına quraşdırılmış “FaceTime”ı da bloklayıb. Federal Xidmətin məlumatına görə, “Face Time” terror fəaliyyətlərinin təşkili və həyata keçirilməsi, eləcə də fırıldaqçılıq üçün istifadə olunur.
QAZİLER.AZ



