Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Çin və Hindistan Rusiyanın yaxın dostlarıdır və ölkə bu münasibətlərə dəyər verir.
Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.
Putin əlavə edib ki, Moskva Pekin və Nyu-Dehli ilə əməkdaşlığa dəyər verir və hər iki ölkə ilə konstruktiv dialoq aparır.
“Hindistan və Çin bizim yaxın dostlarımızdır və biz buna çox dəyər veririk”, - Putin deyib.
Rusiya lideri vurğulayıb ki, Hindistanın Baş naziri Narendra Modi və Çin Prezidenti Si Cinpin müdriklikləri sayəsində ən mürəkkəb məsələlərə belə həll yolu tapa bilirlər. Eyni zamanda, Moskva bu ölkələr arasındakı ikitərəfli münasibətlərə müdaxilə etmir.
QAZİLER.AZ



