Putin SSRİ-nin bərpasının niyə mümkün olmadığını AÇIQLADI

Putin SSRİ-nin bərpasının niyə mümkün olmadığını  AÇIQLADI backend

“SSRİ-nin bərpasından söhbət gedə bilməz və Rusiya belə bir məqsəd güdmür".

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin "India Today" televiziya kanalına verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, Sovet İttifaqını dirçəltmək cəhdləri mənasızdır və ölkənin hazırkı reallığına uyğun gəlmir.

"Xeyr, əlbəttə ki, yox. Bu, mümkün deyil. Bu, sadəcə mənasızdır", - deyə Putin bildirib.

Rusiya lideri Rusiyanın əhalisində və dini strukturunda köklü dəyişikliklərin belə bir layihəni məntiqsiz hala gətirəcəyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Qərbdə Rusiyanın öz imperiyasını bərpa etmək cəhdləri haqqında yayılan hekayələr digər ölkələrin əhalisini qorxutmaq üçün istifadə olunur. Lakin bu qorxular əsassızdır.

QAZİLER.AZ