Təhlükəli yırtıcı istirahət edən yaşlı kişini parçaladı

Təhlükəli yırtıcı istirahət edən yaşlı kişini parçaladı backend

Hindistanlı kişi çayda timsahın qurbanı oldu.

Hindistanın Maharaştra ştatında 59 yaşlı kişi Dudhqanqa çayında üzərkən timsahın hücumuna məruz qalıb.

Qaziler.az bildirir ki, bu barədə "The Times of India" qəzetinin məlumat verib.

Adətən altı və ya yeddi nəfərlə üzən Laksman Kalqi sonuncu dəfə dostları ilə çaya girdikdən sonra qəfildən yoxa çıxıb.

Məlumatda bildirilir ki, onun cəsədi üç saat sonra tapılıb. Ayaqlarında və topuqlarında böyük timsahın diş izləri aydın görünürdü. Bu da ölüm səbəbini təsdiqləyir.