Kamçatkada son 24 saat ərzində üç afterşok qeydə alınıb

Kamçatkada son 24 saat ərzində üç afterşok qeydə alınıb backend

Son 24 saat ərzində Kamçatka sahillərində 4,1-dən 5,0-ə qədər maqnitudada üç afterşok qeydə alınıb.

Qaziler.az bildirir ki, bu barədə 4 dekabrda Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat verib.

"Son 24 saat ərzində 4,1-dən 5,0-ə qədər maqnitudada üç afterşok qeydə alınıb", - nazirlik Telegram kanalında bildirib.

Zəlzələdən sonra yaşayış məntəqələrində heç bir titrəmə hiss olunmayıb. Fövqəladə Hallar Nazirliyi həmçinin vulkanik aktivliyin davam etməsi barədə xəbərdarlıq edib.

QAZİLER.AZ