NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib

NATO “Rusiya–NATO Şurası”nı rəsmən ləğv edib backend

“Rusiya–NATO Şurası” artıq mövcud deyil.

Qaziler.az Apa-ya istinadən  xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Şimali Atlantika Alyansının xarici işlər nazirlərinin toplantısından sonra bildirib.

Onun sözlərinə görə, alyansın baş katibi Mark Rütte iclasda şuranın fəaliyyətinin tamamilə dayandırıldığını rəsmən bəyan edib.

Nazir bildirib ki, şura Avropa təhlükəsizliyinin Rusiya ilə birlikdə formalaşdırıla biləcəyinə inanılan dövrdə yaradılmışdı, lakin hazırkı reallıq tam əksini göstərir:

“Bu gün Avropanın təhlükəsizliyi Rusiyaya qarşı qurulur”.

Qeyd edəkki, “Rusiya–NATO Şurası” 2002-ci ilin mayında İtaliyada təsis olunmuşdu. “29+1” formatlı mexanizm çərçivəsində Moskva və NATO ölkələri təhlükəsizlik, silahlara nəzarət, terrorla mübarizə və insidentlərin qarşısının alınması kimi məsələləri bərabər əsaslarla müzakirə edirdilər. Lakin son illər şura praktik olaraq fəaliyyət göstərmirdi.