Teleaparıcı canlı yayımda huşunu itirdi

Teleaparıcı canlı yayımda huşunu itirdi backend

Britaniyalı teleaparıcı Laura Vuds canlı yayımda huşunu itirib.

İngilis televiziya aparıcısı Laura Vuds ITV-də canlı yayım zamanı huşunu itirib.

Qaziler.az bildirir ki, "The Mirror" xəbər verir.

Hadisə İngiltərə və Qana arasında keçirilən yoldaşlıq oyunu haqqında danışarkən baş verib. Aparıcı keçmiş peşəkar futbolçular İan Rayt və Anita Asante ilə söhbət edərkən qəfildən özünü pis hiss edib və yıxılıb. Müsahibləri onu tutub  tutmağa çalışıblar, lakin o, ayaq üstə dura bilməyib və huşunu itirib.

Bundan dərhal sonra yayım reklamlar üçün dayandırıldı. Reklam fasiləsi bitdikdə izləyicilərə Vudsun verilişlərə davam etməyəcəyi bildirildi.

ITV nümayəndələri daha sonra hadisə ilə bağlı şərh verərək aparıcının özünü yaxşı hiss etdiyini bildirdilər. "Yəqin ki, hamınızın bildiyi kimi, Laura Vuds verilişin əvvəlində xəstələndi, amma sizi əmin etmək istəyirik ki, o, artıq yaxşıdır", - deyə kanal bildirib.

Əlavə məlumat verilməyib.

QAZİLER.AZ