Keçmiş NBA oyunçusu və 2004-cü il çempionu Elden Kempbell 57 yaşında vəfat edib. Bu barədə 3 dekabrda NBC məlumat yayıb.
"İnqlvudda böyüyən və Lakers qızıl medalını arzulayan nəhəng Elden Kempbell... 57 yaşında vəfat edib", - deyə məlumatda bildirilir.
Onun ölüm səbəbi açıqlanmayıb.
Mərkəz oyunçusu olan Kempbell 1990-cı il NBA draftında "Los Angeles Leykers" tərəfindən ümumilikdə 27-ci seçilib və orada 8,5 mövsüm keçirib.
Kempbell həmçinin "Şarlott Hornets", "Nyu-Orlean Hornets", "Sietile SuperSoniks", "Detroyt Pistons" və "Nyu Cersi Nets" komandalarında da oynayıb. O, 2003-04 mövsümündə "Detroit"lə NBA çempionluğunu qazanıb.
QAZİLER.AZ



