Yaponiyada qatar yolundakı qu quşuna görə 1300 nəfər əziyyət çəkib.
Yaponiyada bir qu quşu dəmiryol relslərinin üzərinə çıxıb və nəticədə "Sinkansen" sürətli qatarı dayanmağa məcbur olub. Gecikmə nəticəsində 1300 sərnişin əziyyət çəkib.
Qaziler.az bildirir ki, bu barədə "Spiegel" yazır.
"Spiegel"in qatar operatoruna istinadən verdiyi məlumata görə, hadisə xeyli gecikmələrə səbəb olub və çoxsaylı sərnişinlərə təsir edib.
Hadisənin Miyagi prefekturasında baş verdiyi bildirilir. Qatarın maşinisti quşu vaxtında görüb və qatarı saxlamağı bacarıb. Qu quşunun özü xəsarət almayıb, akin hadisə xidməti əhəmiyyətli dərəcədə pozub.. Nəticədə digər üç sürət qatarı gecikib.
Medianın məlumatına görə, gecikmələr təxminən 1300 nəfəri narahat edib. Dəqiqliyi və təhlükəsizliyi ilə tanınan Yaponiyanın "Sinkansen" qatarları saatda 330 kilometrə qədər sürətə çata bilir. Buna görə də heyvanlarla bağlı bu cür hadisələr xüsusi təhlükə yaradır.
QAZİLER.AZ



