Venesuela Prezidenti Nikolas Maduro eyni yerdə yatmır və ABŞ-nin təzyiqi səbəbindən tez-tez telefonlarını dəyişir.
Qaziler.az bildirir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
"Mənbənin yaydığı məlumata görə, Maduro yatmaq yerlərini və mobil telefonlarını tez-tez dəyişdirməklə potensial hədəf hücumundan və ya xüsusi təyinatlıların basqınından qorunmağa çalışıb. Bu tədbirlər sentyabr ayından bəri daha da güclənib", - qəzetin məlumatında qeyd olunub.
QAZİLER.AZ



