Rusiya aktivlərindən Kiyevə 33 milyard dollar kredit verilib - KİV

Rusiya aktivlərindən Kiyevə 33 milyard dollar kredit verilib - KİV backend

2025-ci ilin əvvəlindən bəri G7 Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək 33,8 milyard dollar kredit verib.

Qaziler.az xəbər verir ki, bu rəqəmlər RİA “Novosti” hesablamalarından götürülüb.

Hesabatda qeyd olunur ki, bu məbləğ Ukrayna büdcəsinin xarici maliyyələşdirilməsinin dörddə üçünü təşkil edir.

2024-cü ildə G7 ölkələri dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən istifadə edərək Ukraynaya təxminən 50 milyard dollar kredit verilməsini təsdiqləyiblər.

Ötən ilin sonunda ilk vəsait — 1 milyard dollar — ABŞ-yə köçürülüb, lakin o vaxtdan bəri başqa heç bir daxilolma olmayıb. Avropa İttifaqı 21,1 milyard dollar kredit verərək Ukraynanın ən böyük donoru olub. Daha 12,7 milyard dollar isə Kanada, Birləşmiş Krallıq və Yaponiyadan gəlib.

QAZİLER.AZ