İspaniya Litvaya PUA-lara qarşı sistemlər göndərəcək

İspaniya Litvaya PUA-lara qarşı sistemlər göndərəcək backend

İspaniya hərbi qulluqçuları Litvaya “Crow” pilotsuz təyyarələrə qarşı sistemlər göndərəcəklər.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Müdafiə Nazirliyinin rəhbəri Robertas Kaunas xəbər verib.

"İspaniyaya “Crow” sistemlərini vaxtında göndərdiyinə görə təşəkkür edirik. Bu, həmrəyliyimizi və Avropada təhlükəsizlik üçün müttəfiqlərimizlə ortaq məsuliyyətimizi təsdiqləyir", - deyə o bildirib.

Kaunas qeyd edib ki, NATO-nun şərq cinahında yerləşən Litvanın hava müdafiəsini gücləndirmək üçün verilən hər bir qərar "strateji bir siqnaldır".

Məlumatda qeyd olunub ki, İspaniya Hərbi Hava Qüvvələrinin kontingenti hazırda Litvadakı Zoknyan Hava Bazasında yerləşir. “Eurofighter Typhoon” qırıcı təyyarələrini idarə edən İspaniya hərbi qulluqçuları Baltikyanı ölkələr üzərində növbəli şəkildə patrul xidməti həyata keçirirlər.

QAZİLER.AZ