ABŞ ordusu Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq

ABŞ ordusu Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq backend

Amerika ordusu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində yaxın vaxtlarda Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Bu insanlar (narkotik ticarətinin təşkilatçıları) 200 mində çox insanı öldürüblər və bu rəqəmlər azalıb. Artıq biz quruda da bu zərbələri həyata keçirməyə başlayacağıq. Bilirsiniz, quruda çox asandır. Çünki onlar haqqında hər şeyi, getdikləri marşrutları, harada yaşadıqlarını bilirik. Biz pis adamların harada yaşadığını bilirik və biz bunu tezliklə etməyə (yerüstü hədəflərə zərbələr – Qeyd) başlayacağıq", - deyə o qeyd edib.