Rutte Qara dənizdə tankerlərə edilən hücumları qınamaqdan imtina etdi

Rutte Qara dənizdə tankerlərə edilən hücumları qınamaqdan  imtina etdi backend

NATO-nun baş katibi Mark Rutte dekabrın 2-də Qara dənizdə tankerlərə edilən hücumları pisləməkdən imtina etdi və gəmilərə edilən hücumların Ukraynadakı münaqişənin nəticəsi olduğunu bildirdi.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" yazıb.

"Müttəfiqimiz Türkiyənin Qara dənizdəki təhlükəsizliklə bağlı narahatlıqlarını da eşitmişik", - o, Brüsseldə keçirilən brifinqdə bildirib.

"izvestiya" bildirib ki, çıxışı zamanı Rutte günəbaxan yağı daşıyan Rusiya gəmisi Midvolga 2-yə hücuma baxmayaraq, hadisələrə görə günahı Rusiyanın üzərinə atmağa çalışıb.

QAZİLER.AZ