Ağ Evin başçısı Donald Tramp bildirib ki, onu Avropanın prezidenti adlandırıblar.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, o, bu barədə Ağ Evin YouTube kanalında yayımlanan çıxışı zamanı bildirib.
"Mən əslində Şimali Atlantika Alyansında [NATO] görüşdə idim və onlar məni Avropanın Prezidenti adlandırdılar", - deyə o, bildirib.
Amerika lideri qeyd edib ki, ABŞ-a dünya arenasında həqiqətən hörmət edilir.
Tramp bir qədər əvvəl Ukraynadakı münaqişə ilə bağlı vəziyyətin mürəkkəb olduğunu bildirmişdi. O, hazırkı Amerika administrasiyasının səkkiz müharibəni həll etdiyini və Ukraynadakı münaqişənin doqquzuncu olacağını bildirmişdi.
QAZİLER.AZ



