Toy karvanına "qoşulan" piton hamını qorxutdu

Toy karvanına "qoşulan" piton hamını qorxutdu backend

Hindistanda yeni evlənənləri və onların qohumlarını daşıyan avtobusdan böyük bir ilan çıxarılıb.

Hindistanın Karnataka ştatının Mudbidri şəhərində toya gedən avtobusun içərisinə böyük bir piton sürünərək girib.

Qaziler.az bildirir ki, bu barədə "Mangalore Today" nəşri məlumat yayıb.

Sürücü yeni evlənənləri və onların qohumlarını dayanacaqda yoxlayarkən ilanı avtobusun salonunda görüb. Yerli sakinlər onlara problemi həll edə biləcək bir mütəxəssislə əlaqə saxlamağa kömək edibilər.

Tezliklə hadisə yerinə peşəkar ilan tutucusu gəldi. O, avtobusda "dincələn" pitonu çıxararaq təhlükəsiz yerə aparıb.

QAZİLER.AZ