Ukraynanın NATO-ya qoşulması məsələsində konsensus yoxdur.
Trend xəbər verir ki, bunu NATO-nun Baş katibi Rutte, sabah Brüsseldəki qərargahda keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlamasında deyib.
O bildirib ki, nazirlər 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində ortaq təhlükəsizliyə yönələn artan təhdidləri müzakirə edəcək və kollektiv müdafiəni gücləndirmək üçün atılan addımları nəzərdən keçirəcəklər.
Rutte əlavə edib ki, müttəfiq nazirlər sabah ukraynalı həmkarları ilə NATO–Ukrayna Şurası formatında bir araya gələcəklər:
Baş katib Haaqada keçirilən 2025 zirvəsində müttəfiqlərin müdafiə xərclərini artırmaq öhdəliyi götürdüyünü xatırladıb:
“Müttəfiqlərdən hər həftə qabiliyyətlərini gücləndirmək üçün yeni açıqlamalar görürəm, lakin bu uzun yolun sadəcə başlanğıcıdır və arxayınlaşmamalıyıq”.



