İranda helikopter yerə çırpıldı: 3 nəfər öldü

İranda helikopter yerə çırpıldı: 3 nəfər öldü backend

Ötən gün İranda hərbi helikopter qəzaya uğrayıb. Bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumata görə, helikopterin göyərtəsində 3 nəfər olub, onların hamısı qəza nəticəsində ölüb.

Helikopter paytaxt Tehrandan bir neçə kilometr şimalda yerə çırpılıb.
Rəsmi qurumlar qəzanın İranın şimalında tüğyan edən qar boranı səbəbindən baş verdiyini ehtimal edir.