KİV: Uitkoff Putinlə danışıqlardan sonra Avropada Zelenski ilə görüşəcək

KİV: Uitkoff Putinlə danışıqlardan sonra Avropada Zelenski ilə görüşəcək backend

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və onunla birlikdə Moskvaya səfər edən Cared Kuşner Rusiya Prezidenti Vladimir Putinlə görüşdükdən sonra Avropaya gedəcəklər.

Apa xəbər verir ki, bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı nümayəndələr hələlik adı açıqlanmayan bir Avropanın ölkəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşərək onu Putinlə müzakirələr barədə məlumatlandıracaqlar.

Qeyd edək ki, Uitkoff və Kuşner Putinlə Ukrayna münaqişəsinin həlli ilə bağlı planı müzakirə etmək üçün Kremlə gediblər.