İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 700-ü keçib

İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 700-ü keçib backend

İndoneziyada baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 708-ə çatıb.

 İndoneziyanın Sumatra adasında baş verən böyük daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 700-ü keçib.

Qaziler.az bildirir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti ölkənin Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinə (BNPB) istinadən xəbər verir.

Qəzetin məlumatına görə, Sumatrada təxminən 3,2 milyon insan fəlakətdən təsirlənib, 2600 nəfər yaralanıb. Təsirə məruz qalan ərazilərdən təxminən 1 milyon sakin təxliyə edilib. Xilasetmə işləri dağılmış yollar və körpülər səbəbindən çətinləşir və bəzi ərazilərə çatmaq mümkün deyil.

Ən çox zərər çəkmiş Açeh əyalətində bazarlarda əsas ərzaq məhsullarının tükəndiyi və qiymətlərin üçqat artdığı bildirilir. Humanitar təşkilatlar xəbərdarlıq edir ki, əgər tədarük növbəti yeddi gün ərzində bərpa olunmazsa, bölgə ciddi qida çatışmazlığı ilə üzləşəcək.

Qəzetin məlumatına görə, qeyri-adi dərəcədə güclü musson yağışları və nadir tropik fırtına nəticəsində yaranan fəlakət Şri-Lanka və Tailandın cənubuna da təsir göstərib və ölənlərin sayı 1300-ü keçib.

QAZİLER.AZ