Avropa İttifaqının keçmiş baş katibi saxlanılıb

Avropa İttifaqının keçmiş baş katibi saxlanılıb backend

Belçika polisi Avropa İttifaqının keçmiş baş katibi Stefano Sanninonu saxlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə L`Echo” qəzeti məlumat yayıb.

"Bu, İprdə istintaq aparan hakimin qarşısına çıxan və Qərbi Flandriya Federal Məhkəmə Polisi tərəfindən Avropa Saxtakarlığa Qarşı Mübarizə İdarəsinin (OLAF) dəstəyi ilə araşdırılan bir işə aiddir", - məlumatda qeyd olunub.

Qəzetin məlumatına görə, Avropa Kollecinin rektoru Federika Moqerini və Sannino saxlanılıb. Üçüncü şübhəli isə Avropa Kollecinin direktor müavinidir.

QAZİLER.AZ