Aİ Ermənistana vəsait ayıracağını açıqladı

Aİ Ermənistana vəsait ayıracağını açıqladı backend

Avropa İttifaqı Ermənistana, o cümlədən Rusiyaya qarşı mübarizə üçün 50 milyon avro ayıracaq.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər xidmətinin rəhbəri Kaya Kallas Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirilən brifinqdə bildirib.

"Aİ Ermənistana 50 milyon avro ayırdığını elan etməkdən məmnundur və bu vəsait, digər məsələlərlə yanaşı, regionda minaların təmizlənməsi və etimadın artırılması səyləri üçün istifadə olunacaq", - deyə o bildirib.

Kallasın sözlərinə görə, maliyyələşdirmə xarici müdaxilələrin müəyyən edilməsi və qarşısının alınması üçün istifadə olunacaq. O, çıxışı zamanı Ermənistandakı vəziyyətə təsir edən müəyyən "Rusiya strukturları"nın fəaliyyətinin qarşısının alınması barədə də danışıb.

QAZİLER.AZ