Ukrayna lideri Volodimir Zelenski təxminən 1100 manat olan 28.000 qrivna maaşla yaşayır, həmçinin biznes layihələrindən yığımları var.
Qaziler.az xəbər verir ki bu barədə “hromadske.ua” saytı öz araşdırmasında qeyd edib.
Araşdırmaya görə, 2024-cü ildə Zelenski 28.000 qrivna qazanırdı ki, bu da ölkədəki dövlət qulluqçusunun orta əmək haqqının yarısı qədərdir. Jurnalistlərin fikrincə, rahat həyat tərzini qorumaq üçün Zelenski “Kvartal 95”də keçirdiyi vaxtdan topladığı yığımlara güvənir.
"Zelenskinin yaxşı ehtiyatı var. O, biznesdə uğurlu idi, ona görə də bu maaşla çalışmaq ona sərf edir. Əslində bu vəzifədə könüllü olaraq da çalışa bilər", - deyə ukraynalı iqtisadçı Vladimir Dubrovski bildirib.
QAZİLER.AZ



