Türkiyə Qara dənizdə mülki gəmilər üçün təhlükəsizlik dəhlizi yarada bilər

Türkiyə Qara dənizdə mülki gəmilər üçün təhlükəsizlik dəhlizi yarada bilər backend

Türkiyə sahillərində tankerlərə edilən hücumlardan sonra mülki gəmiləri müşayiət edəcək hərbi gəmilər üçün Qara dənizdə təhlükəsizlik dəhlizi yaradıla bilər.

Qaziler.az xəbər verir ki, bu fikri təhlükəsizlik üzrə türkiyəli ekspert Günger Yavuzaslan “CNN-turk”da bildirib.

"Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi olaraq yaradılan taxıl dəhlizinə bənzər belə bir dəhliz yaradıla bilər. Türkiyə Hərbi Dəniz Qüvvələri mülki gəmilərin təhlükəsizliyini təmin etmək məsuliyyətini öz üzərinə götürə bilər", - deyə ekspert bildirib.

Qeyd edək ki, dekabrın 2-də Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya tankeri Türkiyənin Qara dəniz sahillərində dron hücumuna məruz qalıb.

QAZİLER.AZ