Maduro Rusiyadan sığınacaq istəyə bilər

Maduro Rusiyadan sığınacaq istəyə bilər backend

Venesuela prezidenti Nikolas Maduro mümkün istefasından sonra sığınacaq almaq üçün Rusiyaya gedə bilər.

Qaziler.az xəbər verir ki, bu barədə senator Markveyn Mallin CNN-in efirində deyib.

"Yeri gəlmişkən, biz Maduroya ölkəni tərk etmək imkanı verdik. Ona ölkəni tərk edib Rusiyaya və ya başqa bir ölkəyə gedə biləcəyini dedik", - deyə senator bildirib.

Noyabrın 30-da Maduro 18 aydan tez olmamaqla istefa verməyə hazır olduğunu bildirib.

QAZİLER.AZ