Ağ Ev Floridada keçirilən ABŞ-Ukrayna danışıqlarını yüksək qiymətləndirdi

Ağ Ev Floridada keçirilən ABŞ-Ukrayna danışıqlarını yüksək qiymətləndirdi backend

Ağ Evin mətbuat katibi Kerolin Levitt ABŞ və Ukrayna nümayəndələri arasında Floridada aparılan danışıqları yüksək qiymətləndirib.

Qaziler.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.

"Onlar (ABŞ nümayəndələri) Floridada Ukrayna tərəfi ilə çox yaxşı danışıqlar aparıblar", - deyə Ağ Evin sözçüsü bildirib.

30 noyabr axşamı Floridada ABŞ-Ukrayna danışıqları başa çatıb. “RBC-Ukrayna”nın məlumatına görə, nümayəndə heyətləri yekun sülh müqaviləsi barədə razılığa gələ bilməyiblər. Görüşdə ərazi məsələləri, eləcə də Ukraynanın NATO-ya üzvlüyü fəal şəkildə müzakirə olunub.

QAZİLER.AZ