İraq "Lukoil"u əvəz edəcək şirkətlər tapdı

İraq "Lukoil"u əvəz edəcək şirkətlər tapdı backend

İraq Neft Nazirliyi ölkənin cənubundakı ən böyük yatağın – “Qərbi Qurna 2”nin işlənməsində Rusiyanın neft şirkəti “Lukoil”u əvəz etmək üçün Amerika şirkətlərini dəvət edib.

Qaziler.az xəbər verir ki, bu barədə nazirliyin “Facebook” səhifəsindəki açıqlamada bildirilib.

"Qərbi Qurna 2” neft yatağının idarəçiliyinin Amerika neft şirkətinə verilməsi qarşılıqlı maraqlara uyğun olar, qlobal bazarların sabitliyinə töhfə verər və İraq neft hasilatının davamlılığını, bazar payının və milli gəlirin qorunmasını təmin edər", - məlumatda qeyd edilib.

Nazirlik əlavə edib ki, müsabiqədə qalib gələn şirkət yatağın işlənmə hüquqlarını əldə edəcək.

Qeyd edək ki, noyabrın əvvəlində Rusiyanın “Lukoil” neft şirkəti İraqda yerləşən “Qərbi Qurna 2” yatağında fors-major vəziyyət elan edib.

QAZİLER.AZ