Tramp iki Afrika ölkəsini barışdırmaq istəyir - FOTO

Tramp iki Afrika ölkəsini barışdırmaq istəyir - FOTO backend

ABŞ Prezidenti Donald Tramp dekabrın 4-də Ağ Evdə Ruanda və Konqo Demokratik Respublikasının liderləri Pol Kaqame və Feliks Antuan Çisekedi Çilombonu qəbul edəcək.

Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt məlumat verib.

"Cümə axşamı günü Prezident Tramp Ruanda Respublikası və Konqo Demokratik Respublikası prezidentlərini onun vasitəçiliyi ilə əldə etdiyi tarixi sülh və iqtisadi müqaviləni imzalamaq üçün qəbul edəcək", - deyə Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinqdə bildirib.

Qeyd edək ki, iyunun 27-si 2025-ci ildə iki tərəf Vaşinqtonda münaqişənin həlli üçün razılaşma imzalayıblar. Razılaşmanın bir hissəsi olaraq, hər iki tərəf 2024-cü ildə əldə edilən müqaviləni, o cümlədən Ruanda qoşunlarının 90 gün ərzində çıxarılmasını və 30 gün ərzində birgə təhlükəsizlik koordinasiya mexanizminin yaradılmasını dəstəkləməyi öhdələrinə götürüblər. Noyabrın 3-də isə Konqo Demokratik Respublikasının prezidenti Ruandalı həmkarını respublikanın şərq hissəsini ilhaq etmək istəməkdə ittiham edib.

QAZİLER.AZ