Ticarət mərkəzlərindəki restoranlar tezliklə bağlana bilər - Mironov

Ticarət mərkəzlərindəki restoranlar tezliklə bağlana bilər - Mironov backend

Rusiyada Restoran və Otelçilər Federasiyasının koordinasiya şurasının sədri Sergey Mironov ticarət mərkəzlərində yerləşən restoranların tezliklə bağlana biləcəyini bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə o, “NEWS.ru”ya verdiyi açıqlamada deyib.

O, bunu bu cür müəssisələrə müştəri axınının azalması ilə əlaqələndirib. Mironov qeyd edib ki, ticarət mərkəzlərində yerləşən müəssisələrə investisiya qoyuluşu gəlirsiz hala gəlib.

“Hazırda ticarət mərkəzlərinə gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Onlayn pərakəndə satışın artması səbəbindən insanlar ora daha az baş çəkirlər. Əvvəllər insanlar ticarət mərkəzinə gedir, bir şey seçməyə və restoranda yemək yeməyə uzun müddət vaxt sərf edirdilərsə, indi hər şeyi onlayn sifariş edirlər. Ticarət mərkəzlərində iaşə xidmətlərinə investisiya qoyuluşu gəlirsiz hala gəlib”, - deyə Mironov bildirib.

O, əlavə olaraq vurğulayıb ki, ticarət mərkəzləri kirayə haqqını azaltmır, ona görə də müəssisələr bağlanır və yeniləri onların yerini tutmayacaq.

QAZİLER.AZ