Rusiya "gözəl" nömrə nişanlarının satışını qanuniləşdirə bilər

Rusiya "gözəl" nömrə nişanlarının satışını qanuniləşdirə bilər backend

Rusiya Dövlət Dumasının deputatları 2026-cı ilin fevral ayında "gözəl" nömrə nişanlarının satışını qanuniləşdirən qanun layihəsinə baxmağı planlaşdırırlar.

Qaziler.az xəbər verir ki, bu barədə TASS parlamentin aşağı palatasındakı mənbəyə istinadən məlumat verib.

"Yeni Xalq" fraksiyasının "gözəl" nömrə nişanlarının satışını qanuniləşdirməklə bağlı təqdim etdiyi qanun layihəsi baxılmaq üçün qəbul edilib. İlk oxunuş fevral ayına planlaşdırılıb", - agentliyin mənbəsi bildirib.

Qanun layihəsi Dövlət Dumasına oktyabrın sonlarında təqdim edilib. Təşəbbüs "gözəl" nömrə nişanları üçün qeydiyyat orqanına rüsumu təyin etmək səlahiyyətinin verilməsini təklif edir. Layihə qəbul olunarsa, qanun 1 iyul 2026-cı ildə qüvvəyə minəcək.

QAZİLER.AZ