Telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahunu yaxın gələcəkdə Vaşinqtonda görüşməyə dəvət edib.
Qaziler.az xəbər verir ki, bu barədə TASS İsrail baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Netanyahu bu yaxınlarda Trampla telefonla danışıb. ABŞ prezidenti Baş naziri yaxın gələcəkdə Ağ Evdə görüşə dəvət edib", - bəyanatda deyilir.
Danışıqlar zamanı liderlər Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsinin və Qəzzanın silahsızlaşdırılmasının vacibliyini vurğulayıblar. Tramp və Netanyahu həmçinin region ölkələri ilə sülh müqavilələrinin genişləndirilməsi perspektivini də müzakirə ediblər.
QAZİLER.AZ



