Tramp Əhməd əş-Şaraanın fəaliyyətini təriflədi

Tramp Əhməd əş-Şaraanın fəaliyyətini təriflədi backend

ABŞ Prezidenti Donald Tramp Suriya hakimiyyətinin fəaliyyətini tərifləyib və Suriya ilə İsrailin birlikdə dinc yaşamağa ümid etdiyini bildirib.

Qaziler.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında yazıb.

"ABŞ Suriyadakı hakimiyyətin israrlı və qətiyyətli işinin nəticələrindən çox məmnundur. Suriya hakimiyyətinin qarşıya qoyduğu işi davam etdirməsini təmin etmək üçün əlimizdən gələni edirik", - Tramp yazıb.

Trampın sözlərinə görə, Suriyanın yeni prezidenti Əhməd əş-Şaraa İsrail ilə diplomatik münasibətlər qurmaq üçün çox çalışır.

QAZİLER.AZ