Nigeriya hökuməti Qvineya-Bisaunun müxalifət liderlərindən biri Fernando Dias da Kostaya sığınacaq verib.
Qaziler.az-ın məlumatına görə, “Reuters” bu barədə Nigeriya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Siyasətçi 23 noyabrda Qvineya-Bisauda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Xatırladaq ki, noyabrın 26-da Qvineya-Bisauda hərbçilər prezident Umaro Sissoku Embalonun devrildiyini, sərhədləri bağladığını və komendant saatı tətbiq etdiyini elan ediblər. Çevriliş iki namizədin qələbə elan etdiyi prezident seçkiləri fonunda baş verib.
QAZİLER.AZ



