Fransa prezidenti Emmanuel Makron yenidən Rusiyaya sanksiya təzyiqini artıracağına söz verib.
Qaziler.az “İnterfaks”a istinadla xəbər verir ki, Fransa lideri bu açıqlamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında verib.
"Sizi əmin etmək istəyirəm ki, Rusiyaya təzyiq qarşıdakı həftələrdə artacaq", - deyə Fransa prezidenti bildirib.
Makron Avropa ölkələrinin iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üçün sülh planı barədə razılığa gəlməyi qeyri-mümkün hesab etdiyini bildirib. Onun sözlərinə görə, təşəbbüs dondurulmuş Rusiya aktivləri, təhlükəsizlik zəmanətləri və respublikanın Avropa Birliyinə daxil olması ilə bağlıdır.
QAZİLER.AZ



