"İŞİD" terrorçuları Əfqanıstanın şərqində bir sıra əraziləri ələ keçiriblər.
Qaziler.az-ın məlumatına görə, bu barədə RİA-Novosti "The Times"a istinadən məlumat yayıb.1600-ə qədər "İŞİD" yaraqlısı Çəlalabaddan cənubda yerləşən 4 vilayətin böyük bir hissəsini öz nəzarətləri altına alıb.
"The Times"ın əməkdaşının verdiyi məlumata görə, terrorçular Suriyada və İraqdakı ssenari üzrə hərəkət edirlər. Onlar diqqət çəkmədən həmin əraziyə girir, sonra o torpaqları ələ keçirirlər.
Bildirilir ki, terrorçular əhaliyə qarşı xüsusi amansızlıq göstərir, işgəncə və edamlar həyata keçirirlər. Minlərlə insan öz evlərini tərk edir. Əfqanıstan ordusunun yaraqlıların qarşısını almaq cəhdləri isə böyük itkilərlə nəticələnir-ayda təxminən 500 nəfərə qədər.