İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində təxminən 600 nəfər ölüb. Bir qədər əvvəl 500-dən çox itki olduğu bildirilmişdi.
Qaziler.az bildirir ki, bu barədə "France-Presse" agentliyi yerli xilasetmə xidmətlərinə istinadən xəbər verir.
Ötən həftənin sonlarında başlayan uzunmüddətli leysan yağışlar bölgədə təbii fəlakətə səbəb olub. Sel suları evlərə, yollara və infrastruktura ziyan vurub. Xilasetmə xidmətləri dağıntılar səbəbindən ən çox zərər çəkmiş ərazilərə çatmaqda çətinlik çəkir.
Təbii fəlakət nəticəsində xeyli insan tələfatı baş verib, 2500 nəfər xəsarət alıb.
Təxminən 3300 binaya ciddi ziyan dəyib və 500 mindən çox insan evlərini tərk etməyə məcbur olub.
Hakimiyyət orqanları fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərmək üçün fəal şəkildə çalışır.
QAZİLER.AZ



