Niderland Ukraynanın Rusiya hava hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün Amerika silahlarının alınmasına 250 milyon avro ayıracağını açıqladı.
Qaziler.az bildirir ki, bu barədə "Sky News" məlumat verib.
Məlumdur ki, bu vəsait NATO-nun Ukrayna üçün Amerika silahlarının alınması təşəbbüsünün bir hissəsi olaraq alınacaq.
Brüsseldə AB həmkarları ilə görüşməzdən əvvəl Niderlandın müdafiə naziri Ruben Brekelmans qeyd edib ki, bu vəsaitlər Ukraynanın Rusiya hava hücumlarına qarşı müdafiəsini gücləndirmək üçün istifadə olunacaq.
"Biz hər gün Ukraynaya kütləvi hava hücumları görürük. Onlara tez bir zamanda kömək etməyin yeganə yolu onları Amerika silahları ilə təmin etməkdir", - Brekelmans deyib.
QAZİLER.AZ



