Putindən fərman: Çin vətəndaşları Rusiyaya vizasız gedəcək

Putindən fərman: Çin vətəndaşları Rusiyaya vizasız gedəcək backend

Rusiya Prezidenti Vladimir Putin Çin vətəndaşlarının Rusiyaya müvəqqəti giriş prosedurları haqqında fərman imzalayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə rəsmi hüquqi məlumat portalında dərc olunan sənəddə deyilir.

Bildirilir ki, Çin vətəndaşları 14 sentyabr 2026-cı ilə qədər turizm və işgüzar səfərlər üçün Rusiya Federasiyasına vizasız daxil ola biləcəklər.

"Qarşılıqlılıq prinsipi nəzərə alınmaqla, Çin Xalq Respublikası vətəndaşlarının Çin Xalq Respublikası vətəndaşının adi pasportu əsasında viza almadan Rusiya Federasiyasına daxil olmaq və qonaq və ya işgüzar səfərdə 30 gündən çox olmayan müddətə Rusiya Federasiyasında qalmaq hüququna malik olduqları müəyyən edilsin", - fərmanda deyilir.

QAZİLER.AZ