Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Günəşli” yatağında baş vermiş faciə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı verib.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidentinin başsağlığında neft yatağında baş vermiş faciədən kədər hissi ifadə edilib."Türkiyə xalqı və öz adımdan yanğında vəfat edənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm” deyən Rəcəb Tayyip Ərdoğan ölənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığında bildirib.
“Türkiyə hər zaman olduğu kimi, bu çətin gündə də Azərbaycanın yanındadır və ona hər cür kömək göstərməyə hazırdır”, deyə başsağlığı mətnində qeyd olunub.