Latviya Kiyevə 42 ədəd “Patria” zirehli transportyorunun tədarükünü başa çatdırıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Baltikyanı respublikanın xarici işlər naziri Bayba Braje bu barədə özünün sosial media hesabında yazıb ki, Latviya Ukrayna ordusuna 42 ədəd “Patria” 6x6 zirehli transportyorunun tədarükünü başa çatdırıb.
Qeyd edək ki, 2019-cu ildə Finlandiya və Latviya müasir zirehli transportyorların hazırlanması üçün müştərək proqrama başlayıblar. Proqramda, həmçinin İsveç və Almaniya da iştirak edir. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, layihə çərçivəsində Helsinki 164, Latviya 250-dən çox, İsveç isə ümumilikdə 321 zirehli transportyor sifariş verib.



