ABŞ 19 ölkənin vətəndaşları üçün "Green card"ı nəzərdən keçirəcək

ABŞ 19 ölkənin vətəndaşları üçün "Green card"ı nəzərdən keçirəcək backend

ABŞ 19 ölkənin vətəndaşlarına yaşıl kartların verilməsinin uyğunluğunu nəzərdən keçirəcək.

Qaziler.az xəbər verir ki, CNN bu barədə ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinə istinadən məlumat yayıb.

Söhbət Əfqanıstan, Burundi, Venesuela, Haiti, İran, Yəmən, Kuba, Laos, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Syerra-Leone, Toqo, Türkmənistan, Çad, Ekvatorial Qvineya və Eritreyadan gedir.

Xatırladaq ki, noyabrın 26-da 29 yaşlı Əfqanıstan vətəndaşı Vaşinqtonda Ağ Evin yaxınlığında atəş açıb. Hücum nəticəsində iki Milli Qvardiya üzvü yaralanıb. ABŞ prezidenti Donald Tramp hadisəni terror aktı və insanlığa qarşı cinayət adlandırıb.

QAZİLER.AZ