Rusiya Prezidenti Vladimir Putin görüş təşkil olunarsa, Budapeştdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaqdan məmnun olardı.
Qaziler.az “İnterfaks”a istinadla xəbər verir ki, Putin bunu Kremldə Macarıstanın Baş naziri Viktor Orbanla görüşündə bildirib.
Orban Macarıstanın Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib və Budapeştin sülh təşəbbüslərinin uğurla başa çatmasında maraqlı olduğunu vurğulayıb.
"Əgər danışıqlarımız Budapeşt platformasının istifadəsinə gətirib çıxararsa, mən də buna çox sevinərəm və kömək etməyə hazır olduğunuz üçün sizə təşəkkür etmək istəyirəm", - deyə Putin bildirib.
QAZİLER.AZ



