ABŞ administrasiyası Ukrayna sülh planının yenilənmiş versiyasını Avropa İttifaqından ciddi şəkildə məxfi saxlayır.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbəyə istinadən xəbər verir.
Avropa rəsmiləri Vaşinqtonun Kiyevlə birgə yekunlaşdırdığı sənədə çıxışın olmamasından son dərəcə narazıdırlar.
“Bu, diplomatik baxımdan görünməmiş bir vəziyyətdir. Heç birimizdə bu məlumat yoxdur”, - mənbə jurnalistlərə bildirib.
Avropalı diplomatın sözlərinə görə, planın məzmunu əvvəlki 28 maddəlik planın sızmasından sonra mediada baş verən ajiotajın təkrarlanmasının qarşısını almaq üçün qəsdən gizlədilir. Qeyd olunur ki, əvvəlki ABŞ sənədi həm Kiyev, həm də onun Avropa tərəfdaşları tərəfindən tənqidlərə səbəb olub.
QAZİLER.AZ



