Orban Rusiyaya niyə getdiyini açıqladı

Orban Rusiyaya niyə getdiyini açıqladı backend

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiyaya səfərinin əsas məqsədi ölkəsi üçün etibarlı və əlverişli enerji təchizatını təmin etməkdir.

Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, bu məsələ onun Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarının mövzusu olacaq.

Orban qeyd edib ki, bu səfər onun Vaşinqtondakı son diplomatik missiyasının məntiqi davamıdır, hansı ki orada Macarıstanın Rusiya enerjisinin ABŞ sanksiyalarından azad edilməsinə nail olub. İndi isə "növbəti addımı" atmaq vacibdir, - deyə Orban qeyd edib.

"Buna görə də bu gün Rusiyaya gedirəm: bu qış və gələn il Macarıstanın etibarlı və əlverişli enerji təchizatını təmin etmək", - Orban vurğulayıb.

QAZİLER.AZ