Estoniya Ukraynaya qoşun göndərməyə hazırdır, amma şərti var

Estoniya Ukraynaya qoşun göndərməyə hazırdır,  amma şərti var backend

"Estoniya qoşunlarını Ukraynaya göndərməyə hazırdır, lakin bu, yalnız sülh razılaşması əldə edildikdən sonra baş tutacaq".

Qaziler.az TASS-a istinadla bildirir ki, Estoniyanın Baş naziri Kristen Mixal bunu Berlində Almaniya kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında açıqlayıb.

"Bir daha vurğulayıram: əsgərlərimizin iştirak etməsi üçün konkret sülh razılaşması lazımdır", - Mixal deyib.

Baş nazir Estoniyanın Ukraynaya bir bölük qoşun göndərməyə hazır olduğunu da açıqlayıb.

QAZİLER.AZ