“Ukrayna ilə bağlı danışıqlar nəticəsində Donbas və Krımın Rusiyanın tərkibində olacağına heç kim şübhə etmir”.
Qaziler.az RİA “Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
"Bu gün kimsə Krımın əbədi olaraq Rusiyanın nəzarəti altında qalacağına şübhə edirmi? Heç kim. Bu gün kimsə Luqanskın Rusiyanın nəzarəti altında olacağına şübhə edirmi? Heç kim", - deyə o vurğulayıb.
Fitsonun sözlərinə görə, hazırda Kiyevin nəzarəti altında olan ərazinin bir hissəsi də Rusiyanın yurisdiksiyasına keçəcək.
Bundan əlavə, Slovakiya Baş nazirinin sözlərinə görə, Ukrayna Şimali Atlantika Alyansının üzvü olmayacaq.
QAZİLER.AZ



