Almaniya kansleri Fridrix Merts bildirib ki, Avropa qoşunlarının Ukraynaya göndərilməsinin zəruriliyini müzakirə etmək üçün hələ tezdir.
Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazır.
Agentliyin məlumatına görə, Almaniya kansleri potensial sülh müqaviləsindən sonra Ukrayna üçün "güclü bir ordu"nun saxlanmasının vacibliyini vurğulayıb.
"Buna görə də biz Ukrayna ordusunun gələcək hədəf ölçüsünü də müzakirə edirik", -siyasətçi vurğulayıb.
QAZİLER.AZ



