İndoneziyada şiddətli yağışların yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 61-ə çatıb
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi, ötən həftə çayların daşmasına, torpaq sürüşmələrinə və ağacların yıxılmasına səbəb olan musson yağışları səbəbindən Şimali Sumatra əyalətinin 11 şəhər və rayonunda xilasetmə qruplarının zərər çəkmiş ərazilərə çatmaqda çətinlik çəkdiyini açıqladı.
Agentlik bildirib ki, bölgənin böyük bir hissəsinə təsir edən torpaq sürüşmələri, elektrik kəsintiləri və telekommunikasiya çatışmazlığı axtarış işlərinə mane olur.
Fəlakətlərdən ən çox zərər çəkən Şimali Sumatra şəhəri Sibolqada axtarış və xilasetmə qrupları ilkin məlumatlara görə, səkkiz nəfərin cəsədini və üç yaralını tapıb. İtkin düşmüş 21 nəfərin axtarışı davam edir.
Mərkəzi Tapanuli bölgəsində baş verən torpaq sürüşməsində dörd nəfər həyatını itirib, daşqın nəticəsində təxminən 2000 bina su altında qalıb.
QAZİLER.AZ



