Adolf Hitler Uunona yenidən Ompunce bölgə məclisi üzvü seçildi.
Qaziler.az bildirir ki, bu barədəTASS xəbər verir.
Adolf Hitler Uunona Namibiyada keçirilən regional seçkilərdə qalib gəlib. Siyasətçi Ompunca rayonunda beşinci dəfə regional şura üzvü seçilib.
Hakim partiya olan "SWAPO - Namibiyanın Cənub-Qərbi Afrika Xalq Təşkilatı"nın nümayəndəsi seçicilərdən güclü dəstək alıb. O, səslərin 85%-ni toplaya bilib.
Uunona bu yaxınlarda soyadını dəyişdirmək niyyətində olduğunu bildirib və "Hitler" sözünü çıxarıb. Məlumata görə, Namibiyada ad və soyadların bu qeyri-adi kombinasiyasını ona atası verib. Siyasətçinin özü əvvəllər bildirmişdi ki, valideynləri oğullarına kimin adını verdiklərini tam olaraq anlamamış ola bilərlər.
QAZİLER.AZ



