Moldova Rus Evinin fəaliyyəti ilə bağlı razılaşmanı ləğv etdi

Moldova Rus Evinin fəaliyyəti ilə bağlı razılaşmanı ləğv etdi backend

Moldova Parlamenti Kişinyovda Rus Evinin fəaliyyətinə dair müqaviləni ləğv edib.

Qaziler.az bildirir ki, bu barədə hökumətin 27 noyabr tarixli qərarında deyilir.

Qərar 57 üzv lehinə səs verərək son, ikinci oxunuşda qəbul edilib. Sessiya qanunverici orqanın veb saytında yayımlanıb.

"Parlament Moldova Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyətinə dair müqaviləni ləğv edib. Saziş 1998-ci ildə Moskvada imzalanıb və 2001-ci ilin iyul ayında qüvvəyə minib", - deyə parlamentarilər bildiriblər.

Moldova Xarici İşlər Nazirliyi qərar barədə Rusiya tərəfini məlumatlandıracaq.

QAZİLER.AZ